Qəzzada ölənlərin sayı 62 mini keçib
Qəzzada ölənlərin sayı açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 60 fələstinli ölüb, 344 fələstinli isə yaralanıb.
Nazirlik 7 oktyabr 2023-cü ildən bəri başlayan müharibədə ümumilikdə 62 004 nəfərin öldüyünü, 156 230 nəfərin isə yaralandığını bildirib.