Qəzzada Rəfah sərhəd-keçid məntəqəsi yenidən BAĞLANIB

media-ads_728_90

İsrail Qəzza ilə Misir arasında olan Rəfah quru sərhəd-keçid məntəqəsinin qeyri-müəyyən vaxta qədər bağlı qalacağını bildirib.

“TV1” “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, eyni zamanda, İsrail HAMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edərək Qəzza zolağına hava hücumları endirməsindən bir gün sonra humanitar yardımların Qəzzaya çatdırılması üçün Kərəm Əbu Salim keçid məntəqəsinin yenidən açıldığını elan edib.

Qeyd olunur ki, atəşkəs razılaşması bütün keçid məntəqələrinin açılmasını və Qəzzaya gündə ən azı 400 yük maşını həcmində yardımın daxil olmasını nəzərdə tuturdu.

media-ads_728_90
Paylaş