Qızılın qiyməti 4 400 dollara yaxınlaşır

media-ads_728_90

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 370 ABŞ dollarını ötüb.

“TV1” xəbər verir ki, birja məlumatlarına əsasən Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,57% artaraq 4 372,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% artaraq 53,365 ABŞ dolları olub.

media-ads_728_90
Paylaş