Qızılın qiyməti tarixi rekordu YENİLƏYİB
Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
“TV1” xəbər verir ki, Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4200 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir.
Bakı vaxtı ilə saat 5:12-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 unsiyası üçün 4202,4 dollar təşkil edib.
Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.