Qızılın qiyməti tarixi rekordunu YENİLƏNDİ
Dünyada qızılın qiyməti yenidən tarixi maksimumunu yeniləyib.
“TV1” xəbər verir ki, Nyu-York Əmtəə Birjasında qızılın dekabr fyuçersləri bir unsiyaya görə 3600 dollar 25 sentə çatıb.
Beləcə, qızılın qiymətləri yeni rekord səviyyəyə çatıb.
Ekspertlər hesab edirlər ki, dolların zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini aşağı salacağı ilə bağlı artan gözləntilər qiymətli metallara marağı artırıb.
Qeyd edək ki, Amerikanın maliyyə tənzimləyicisinin həlledici iclasının 16-17 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir.