Qonşular arasında dava: Əlil qadın vəhşicəsinə döyüldü
Lənkəranın Türkəkəran kəndində qonşular arasında yaranan mübahisə davaya çevrilib.
“TV1” xəbər verir ki, hadisə zamanı kənd sakini, 1974-cü il təvəllüdlü Mələk Nəsirova qonşusu Nərminə Əliyeva tərəfindən yaralanıb.
Baş və üz nahiyəsindən xəsarət alan Mələk Nəsirova xəstəxanaya yerləşdirilib. Nərminə Əliyeva isə iddia edib ki, ilk Mələk Nəsirova ona hücum edib.
Qeyd edək ki, M.Nəsirova birinci qrup əlildir, fiziki qüsurludur və anadangəlmə lal-kardır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır.
Araşdırma çərçivəsində təyin olunmuş müvafiq ekspertizanın nəticələrinə əsasən məsələyə hüquqi qiymət veriləcək. /teleqraf/