Qubada göbələkdən zəhərlənən ailənin son durumu açıqlanıb
Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinəzəhərlənmə şübhəsilə üç nəfər (kişi) hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 1959-cu il (2 nəfər) və 1997-ci il təvəllüdlü şəxslərə dispepsiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.