Qüdsdə terror aktı - Ölənlərin sayı 6-ya çatıb
Qüdsün girişindəki Ramot yolayırıcında törədilmiş terror hücumu nəticəsində yaralanan sərnişinlərdən 6-ı həyatını itirib.
“TV1” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Onlardan dördü təcili tibbi yardımın göstərilməsi zamanı həyatını itirib, beşinci şəxs isə bir müddət əvvəl xəstəxanada ölüb. Zərərçəkənlərdən 7-nin ağır vəziyyətdə olduğu deyilir.
Hücumu həyata keçirmiş terrorçuların İordan Çayının Qərb sahilinin sakinləri olduğu bildirilir.
İsrailin baş naziri Binyamin Netanyahu vəziyyətin qiymətləndirilməsi üçün təhlükəsizlik rəsmiləri ilə iclas keçirir.
İlkin açıqlanan məlumatlara görə, kimliyi açıqlanmayan iki şəxs odlu silahlardan atəş açaraq 15 nəfərin yaralanmasına səbəb olub. Hücumu həyata keçirən şəxslər hadisə yerində zərərsizləşdirilib.
İsrail tərəfi Qüdsün girişində yerləşən Ramot yolayırıcında baş vermiş bu atışmanı terror hücumu kimi dəyərləndirib. 12-ci kanalın (İsrail) məlumatına əsasən, terrorçular yoldakı avtobuslardan birinə daxil olaraq sərnişinləri atəşə tutmağa başlayıb.