Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq - HAMAS
Fələstinin HAMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə bəyanat radikalların teleqram kanalında yayılıb.
“HAMAS təsdiq edir ki, o, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşmanın həyata keçirilməsinə hazırdır. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir”, – deyə məlumatda deyilir.