Rəsmilər Oqtay Şirəliyevlə vida MƏRASİMİNDƏ
Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
“TV1” xəbər verir ki, mərhumla Təzəpir məscidində vida mərasimi keçirilib.
Mərasimdə mərhumun yaxınları, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak ediblər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.