Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə İMZALANACAQ

media-ads_728_90

Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.

“TV1” xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib.

“Bu həftə Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək. Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir. Tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir”, – o qeyd edib. /tasnim/

media-ads_728_90
Paylaş