Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri ELAN EDİLDİ
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib. Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
“TV1” xəbər verir ki, DİM-dən verilən məlumata görə, müsabiqədə 2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olunmuş namizədlər sentyabrın 5-dən 10-dək (18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.