Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verildi

media-ads_728_90

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

media-ads_728_90
Paylaş