Rus təyyarələrini vuracağıq - İsveçin müdafiə naziri

media-ads_728_90

“İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq”.

“TV1” xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

“İKFN adlanan sənəddə (İsveç ərazisinin pozulması zamanı hərbi hərəkətlər haqqında tənzimləmə) hökumət müdaxilə edən təyyarələrlə necə davranmaq barədə Silahlı Qüvvələrə göstərişlər verib. Bura zəruri hallarda xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Danimarka və Norveçdə PUA hücumu xəbərdarlığı elan edilmişdi.

media-ads_728_90
Paylaş