Rusiya aerportlarında yüzlərlə sərnişin çıxılmaz vəziyyətdə qalıb

media-ads_728_90

“Aeroflot” aviaşirkətinin işində yaranan pozuntularla əlaqədar Rusiyanın beş aeroportunda mindən çox sərnişin çıxılmaz vəziyyətdə qalıb.

“TV1” xəbər verir ki, bu barədə Qərbi-Sibit Nəqliyyat Prokorurluğu məlumat yayıb.

Məlumata görə, regional aerportlarda reyslərin gecikməsi Moskvada “Aeroflot”a aid reyslərdəki gecikmələrlə əlaqədar olub. Söhbət 1068 sərnişindən gedir.

Novosibirsk hava limanında 300-dən çox rusiyalı sərnişin Sankt-Peterburq və Taylanda uçuşu gözləyir. Kemerovo şəhər hava limanında 275 sərnişin təyyarəyə minmək üçün növbədədir. Krasnoyarskda “Pobeda” aviaşirkətinin Moskva reysini 192 sərnişin gözləyir. Novokuznetsk və Omsk beynəlxalq hava limanlarında isə müvafiq olaraq 160 və 141 “Aeroflot” müştərisi təyyarəyə minməyə hazırlaşır.

media-ads_728_90
Paylaş