Rusiya ordusu Kiyevdəki "Şimal" və "Cənub" körpülərini bombalayıb

media-ads_728_90

Rusiya ordusu Kiyevdəki “Şimal” və “Cənub” körpülərinə zərbə endirib.

“TV1”  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya kütləvi zərbə endirib.

Hədəflər arasında raket və PUA istehsalı müəssisələri, eləcə də Kiyev, Zaporojye, Çerkas və Dnepropetrovsk vilayətlərindəki nəqliyyat obyektləri olub.

Rusiya MN Ukraynanın enerji obyektləri, limanları və dəniz gəmilərinin də vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Ukrayna ordusu iki gün ard-arda Krım körpüsünə zərbə endirib. İlk zərbə dronla, ikinci zərbə isə “Flamingo” raketi ilə endirilib. Raketlə endirilən zərbə nəticəsində Krım körpüsünün avtomobil yolu dağılıb, tağlardan biri uçub.

media-ads_728_90
Paylaş