Zelenski Krım körpüsünun vurulması ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayıb

media-ads_728_90

Ukrayna ordusunun Krım körpüsünə zərbəsi bir neçə həftə ərzində hazırlanan xüsusi əməliyyatın yeddinci mərhələsində həyata keçirilib.

“TV1” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib.

Zelenskinin açıqlamasına görə, əməliyyat zamanı “Dovbuş”, “Vendetta”, “Da Vinci”, “MİCH 2000”, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flamingo” və R-360 “Neptun” silah sistemlərindən istifadə olunub.

O bildirib ki, körpünün avtomobil hissəsinə “Palyanitsa” pilotsuz uçuş aparatları, dəmir yolu hissəsinə isə “Neptun” raketləri, “Ruta” və FP-5 vasitələri ilə zərbələr endirilib.

Zelenski əməliyyatı misli görünməmiş adlandıraraq, UTX-ya, Müdafiə Qüvvələrinin cəlb olunan bölmələrinə, müdafiə nazirinə, Silahlı Qüvvələrin baş komandanına və Baş Qərargaha təşəkkür edib.

“Döyüşçülərimiz yekun hədəfə gedən yolda mərhələli şəkildə hava hücumundan müdafiə sistemlərini, radarları, radioelektron mübarizə vasitələrini və digər müəyyən edilmiş obyektləri məhv ediblər”, – Ukrayna Prezidenti bildirib.

“Rusiyaya xatırladırıq ki, müharibə həmişə başladığı yerə qayıdacaq”, – Zelenski əlavə edib.

Qeyd edək ki, noyabrın 17-nə keçən gecə Krım körpüsünün bir hissəsi dağılıb. Rusiya Nəqliyyat Nazirliyi körpüdə hərəkətin mümkün olmadığını açıqlayıb.

media-ads_728_90
Paylaş