Rusiya tərəfindən vurulan AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA: Kremlin politoloqundan etiraf

media-ads_728_90

Kremlyönümlü politoloq Sergey Markov AZAL-ın təyyarəsini Rusiyanın vurduğunu etiraf edib. Onun sözlərinə görə, Moskva ilə Bakı arasında münaqişə məhz buna görə alovlanıb.

“TV1” konkret.az-a istinadən xəbər verir ki, S.Markov yerli telekanalın efirində deyib:

“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq. Azərbaycan hakimiyyəti də anlayır ki, Rusiya rəhbərliyi təyyarənin onlar tərəfindən vurulduğunu yaxşı bilir. Ona görə də rəsmi Bakı üzr tələb edir. Hansı ki, Azərbaycan tərəfi İkinci Qarabağ Müharibəsində bizim helikopterimizi vuran zaman üzr istəmiş və konpensasiya ödəmişdi. İndi eyni tələbi Rusiya hakimiyyətindən edirlər. Ancaq Rusiya hələ də bu tələbi yerinə yetirmir”, – deyə S.Markov vurğulayıb.

media-ads_728_90
Paylaş