Rusiya-Ukrayna danışıqları dayandırılıb - PESKOV

media-ads_728_90

“Rusiya və Ukraynanın danışıqlar qrupları arasında qarşılıqlı əlaqə dayandırılıb”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskva və Kiyevin danışıqlar aparan tərəfləri arasında təmaslara dair sualı cavablandırarkən deyib.

“Rabitə kanalları mövcuddur, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, lakin hələlik, ola bilsin ki, fasilədən danışmaq daha məqsədəuyğundur”, – deyə Kreml rəsmisi qeyd edib.

 

media-ads_728_90
Paylaş