Rusiya və Ukrayna liderləri görüşə hazır deyillər - Ərdoğan

media-ads_728_90

“Rusiya və Ukrayna İstanbul prosesinin davamı istiqamətində təşəbbüsə hələlik hazır deyil”.

“TV1” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə Ukrayna-Rusiya müharibəsinin ədalətli bir sülhlə başa çatdırılması üçün görülə biləcək işləri müzakirə ediblər:

“Enerji sahəsində əməkdaşlıq isə görüşümüzün əsas mövzusu idi. Türkiyə olaraq biz ilk gündən etibarən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə sona çatdırıla biləcəyini daim gündəmdə saxlamışıq. İstanbulda baş tutan danışıqlar bu yolun açıq olduğunun ən bariz sübutudur. Müzakirələrin səviyyəsinin mərhələli şəkildə yüksəldilməsi arzuladığımız əsas yoldur. Sülh ümidini konkret nəticələr verəcək, həllə yönəlik bir prosesə çevirmək lazımdır. Ona görə də bu məsələni liderlər səviyyəsində ələ almağımız vacibdir”.

R.T.Ərdoğan vurğulayıb ki, Rusiya və Ukrayna prezidentlərinin yanaşmalarında müsbət məqamlar müşahidə edib:

“Biz “İstanbul prosesinin davamı üçün Türkiyədə bir təşəbbüs ola bilər” dedikdə, cənab Zelenski bu məsələ ilə bağlı “Niyə də olmasın?” mövqeyində idi. Lakin hələlik buna hazır deyillər”.

media-ads_728_90
Paylaş