Rusiyada “Anqar manyakı” kimi tanınan keçmiş polisin 89 nəfəri öldürdüyü üzə çıxıb
“Anqar manyakı” kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb.
“TV1” xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, ölənlər arasında 88 qadın və bir kişi var.
Bildirilir ki, ömürlük həbs cəzasına məhkum edilmiş “Anqar manyakı” 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü deyib.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, keçmiş polis işçisi olan M.Popkov 2012-ci ildə həbs edilib. O, cinayət hadisələrini polis kimi çalışdığı dövrdə törədib.