Rusiyada barıt sexində partlayış baş verib, ölən və yaralananlar var
Rusiyanın Ryazan vilayətində “Elastik” zavodunun barıt sexində baş verən partlayış nəticəsində üç nəfər həlak olub.
“TV1” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlər məlumat yayıb.
Bundan əlavə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb.