Rusiyada magistral neft kəmərində güclü PARTLAYIŞ

media-ads_728_90

Avqustun 26-da Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib.

“TV1” xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.

Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb.

Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.

media-ads_728_90
Paylaş