Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidmətinin məlumatında bildirilir.
“16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz- Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.