Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib
Rusiyanın Altay Respublikasında iyulun 1-dən sentyabrın 1-nə qədər yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
“TV1” xəbər verir ki, respublikanın Dağlıq Altaysk, Mayminski və Çemalski rayonlarında yanacaqdoldurma məntəqələrində adambaşına gündə 30 litrə qədər benzin və 50 litrə qədər dizel yanacağı satılacaq.
Qalan səkkiz rayon və dairədə isə limit müvafiq olaraq 50 və 100 litr olacaq. Bidonla yanacaq doldurulması isə 10 litrlə məhdudlaşdırılacaq.
Respublika rəhbəri Andrey Turçakın sözlərinə görə, məhdudiyyətlər “süni ajiotajdan qaçmaq üçün” tətbiq olunur.








