Rusiyanın hava hücumu zamanı Kiyev vilayətində 14 nəfər həlak olub

media-ads_728_90

Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi raket zərbələri nəticəsində 14 mülki şəxs həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, ən çox itki Brovarı rayonunda baş verib, burada doqquz nəfər həlak olub. Hava hücumu nəticəsində Buça rayonunda daha dörd mülki şəxsi həlak olub. Fastiv rayonunda isə daha bir nəfər ölüb.

Timur Tkaçenko bildirib ki, hava hücumu zamanı Kiyev vilayətinin 22 sakini yaralanıb. Brovarı rayonunda on iki, Fastiv rayonunda üç, Buça rayonunda isə yeddi nəfər yaralanıb.

Bütün yaralılara lazımi tibbi yardım göstərilir.

media-ads_728_90
Paylaş