Rusiyanın Xarkov vilayətinə zərbələri nəticəsində üç nəfər ölüb
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Bakaleya şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Rusiyaya məxsus PUA-lar şəhərin fərdi yaşayış sektoruna zərbə endirib.
Zərbələr nəticəsində iki yaşayış evində yanğın olub.








