Ruslan Quliyev dəfn olunub
Ötən gün qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib.
“TV1” xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostları və yaxınları iştirak ediblər.
Həmçinin məlum olub ki, hadisə ötən gün İsmayıllının Basqal qəsəbəsində baş verib. İyunun 8-i saat 12 radələrində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ruslan Gəray oğlu Quliyev qəsəbə ərazisində olarkən səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
Xatırladaq ki, R.Quliyev “TV1” kanalında “Turizm və qonaqpərvərlik” verilişinin müəllifi olub.
“TV1” komandası R.Quliyevin ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!









