Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
Sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
‘’TV1’’ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.
Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.








