Başqa yol yoxdur - Paşinyan
“2022-ci il oktyabrın 6-dan sonra siyasi rəqiblərdən gələn əsas fikir o oldu ki, biz Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdıq. Bu doğrudur, biz bunu heç vaxt inkar etməmişik, amma bu, bütün həqiqət deyil”.
“TV1” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün açıqlamasında deyib.
“Hər bir dövlətin ərazi bütövlüyü qonşularının ərazi bütövlüyü ilə bağlıdır. Ona görə də biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq ki, Ermənistanın ərazi bütövlüyü tanınsın. Sadəcə olaraq başqa yol yoxdur”, – deyə o bildirib.