Şagirdlər dərsdə telefondan istifadə edə bilməyəcək
“Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz”.
“TV1” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov bu gün 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq:
“Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”, – deyə o bildirib.