"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa olunacaq

media-ads_728_90

“Metronun Avtovağzal stansiyasından hərəkətə başlayan sərnişin B5 stansiyasından Nizami stansiyasına keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək”.

“TV1” xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“Nizami stansiyasından sonra Sahil stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq”.

Vurğulanıb ki, Avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan Sahil stansiyasına keçməklə
Həzi Aslanova qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək.

media-ads_728_90
Paylaş