Şahrux Xan milyarderlər SİYAHISINDA

media-ads_728_90

Bollivud ulduzu Şahrux Xanın adı ilk dəfə olaraq milyarderlər siyahısında yer alıb.

“TV1” xəbər verir ki, o, dünyanın ən varlı aktyorlarından birinə çevrilib.

Hindistanın ən varlı insanlarını illik olaraq sıralayan “Hurun India Rich List 2025” aktyorun sərvətini 1,4 milyard dollar olaraq qiymətləndirib.

Qeyd olunub ki, onun filmlərdən əlavə əldə etdiyi gəlir mənbələrinə reklamlar, eləcə də dünya üzrə daşınmaz əmlaka yatırılan investisiyalar daxildir.

media-ads_728_90
Paylaş