Şalva Papuaşvili Brüsseli zorakılığa təşviqdən imtina etməyə çağırıb
“Brüssel özünün əsas Avropa dəyərlərinə qayıtmalı və siyasi məqsədlərə nail olmaq üçün bir alət kimi zorakılığa təşviq etməkdən imtina etməlidir”.
“TV1” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, ötən gün Lüksemburqda keçirilmiş Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının toplantısı avropalı komissarlar və nazirlər üçün oktyabrın 4-də Gürcüstan Prezidentinin sarayına zorakı basqını qınamaq üçün növbəti əldən verilmiş imkan oub.
“Bunun əvəzində biz yalnış narrativlərin istifadəsi ilə gürcü xalqına qarşı növbəti hücumu eşitdik. Günahkarları gizlətmək zorakılığa haqq qazandırmaq, zorakılığa haqq qazandırmaq isə növbəti zorakılığın təşviqidir”, – spiker yazıb.