Sarı dənizdə ABŞ və Çin qırıcıları arasında QARŞIDURMA

media-ads_728_90

Cənubi Koreya Respublikasında yerləşdirilmiş ABŞ hərbi hava qüvvələrinin (USFK) və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) qırıcıları arasında Sarı dəniz üzərində “qısa hava qarşıdurması” yaşanıb.

“TV1” xəbər verir ki, Pyontex şəhəri yaxınlığındakı Osan bazasından bir neçə F-16 qırıcısı Sarı dənizin beynəlxalq sularında təlim uçuşu həyata keçirib.

Qırıcılar iki ölkənin hava hücumundan müdafiə (HHM) tanıma zonaları arasında yerləşən akvatoriyada olarkən, Çinin həmin əraziyə hərbi təyyarələr göndərdiyi bildirilir.

Cənubi Koreya Müdafiə Nazirliyi və USFK hadisənin detalları barədə məlumat verməyib.

media-ads_728_90
Paylaş