Sarkozi 5 il müddətinə azadlıqdan məhrum EDİLDİ
Paris məhkəməsi Fransanın sabiq Prezidenti Nikolya Sarkozini beş il müddətinə həbs cəzasına məhkum edib, lakin hökmün icrası təxirə salınıb.
“TV1” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
N.Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayət əlaqəsinə girməkdə təqsirli bilinib.