Sarkozi Sante həbsxanasında saxlanılacaq
Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.
“TV1” xəbər verir ki, N.Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.
Qeyd edək ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.