media-1200x100

Seçki Müşahidə Koalisiyası parlament seçkilərində 75 dairə üzrə müşahidə aparacaq

media-ads_728_90

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox şəxs ilə müşahidə aparacaq. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.

“TV1” xəbər verir ki, bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-də parlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatda bildirilib.

Qeyd edilib ki, Koalisiya sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq:

“Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra doğma yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub”.

Hesabatda, həmçinin qeyd olunur: “Seçkilər ərəfəsində Azərbaycanda ictimai-siyasi mühit tam sabitdir. Seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, təlatümlü proseslər müşahidə edilmir.

İnternet media və sosial media bütün maraqlı tərəflərə, siyasi partiya və namizədlərə öz fikirlərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Növbədənkənar seçkilərin təyin edilməsi ilə əlaqədar məlumatların, fikirlərin, tənqidi mülahizələrin azad şəkildə yayılması, açıq müzakirələrə maneələr yaradılması ilə əlaqədar hər hansı hal qeydə alınmayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş