Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb
Hörmüz boğazından keçən tanker naməlum mərmi zərbəsinə məruz qalıb, heyətin 2 üzvü yüngül xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları təşkilatı (UKMTO) məlumat yayıb.
Bildirilib ki, iki heyət üzvü yüngül xəsarət alıb. Gəmi növbəti təyinat limanına doğru hərəkətini davam etdirib.
Hazırda ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur.
Gəminin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.








