Zaporojye Universitetinin ən qədim binası vurulub
Rusiya Ukraynanın Zaporojye şəhərində ticarət mərkəzinə və Zaporojye Milli Universitetinin ən qədim binasına ziyan vurub.
“TV1” xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Odessa bölgəsində baş verən ayrı-ayrı zərbələr isə “Silpo” supermarket şəbəkəsinə məxsus olduğu bildirilən ərzaq anbarlarına dəyib.








