Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərilib

media-ads_728_90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib.

“TV1” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin nəticələrində əks olunub.

Məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 75 əməkdaş, o cümlədən 42 rəhbər vəzifəli şəxs barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bundan başqa, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

media-ads_728_90
Paylaş