Şərqi Zəngəzur və Qarabağda azad zonalar YARADILIR
“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında peyvəndləmə yolu ilə xəstəliklərdən azad zonaların (FMB) yaradılması üzrə prosedurlara başlanılıb”.
“TV1” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiya Mustafayeva Bakıda keçiriIən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.
O qeyd edib ki, bu status tanındıqdan sonra heyvan məhsullarının ixracına və ölkə ərazisindən tranziti ilə bağlı mövcud olan bir sıra maneələr aradan qaldırılacaq.