ŞƏT-də sədrlik Qırğızıstana keçir

media-ads_728_90

Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrlik Qırğızıstana keçir.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Tyantszində keçirilən sammitin bəyannaməsində deyilir.

Sənəddə qeyd olunub ki, Qırğızıstan sədrliyi “ŞƏT-in 25 ili: birlikdə davamlı sülhə, inkişafa və rifaha doğru” şüarı altında keçiriləcək.

“ŞƏT-in üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğızıstanda keçiriləcək”, – deyə sənəddə bildirilib.

media-ads_728_90
Paylaş