Səudiyyə Ərəbistanında FACİƏ: Attraksion ikiyə bölündü - 23 yaralı...

media-ads_728_90

Səudiyyə Ərəbistanının Taif şəhərində “Yaşıl dağ” əyləncə parkında işlək vəziyyətdə olan “360” attraksionu qoparaq yerə düşüb.

“TV1” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə nəticəsində attraksionda olan 23 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, görüntülərdən aydın olur ki, attraksion qəfildən iki yerə bölünüb. Nəticədə attraksion içərisində olan şəxslərlə birgə zərblə yerə çırpılıb.

Hadisənin attraksionda olan texniki nasazlıq səbəbindən baş verdiyi deyilir.

media-ads_728_90
Paylaş