Slovakiyanın Azərbaycana təyin olunmuş yeni səfiri - Azərbaycanəsilli diplomat Elçin Qasımov - FOTO

media-ads_728_90

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

“TV1” xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı bildirib ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Qeyd edək ki, Elçin Cəlal oğlu Qasımov 29 dekabr 1987-ci ildə Moskva şəhərində anadan olub. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

İdmanın gimnastika növü ilə məşğul olmuş Elçin Qasımov tennis üzrə Avropa çempionu olub.
Diplomatik fəaliyyətə başlamazdan öncə, Slovakiya Respublikası Parlamentinin sədri yanında müşavir kimi çalışıb.

Daha sonra Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili (Chargé d’Affaires) vəzifəsini icra edib.
01 iyul 2025-ci il tarixində Slovakiyada keçirilən mərasimdə Slovakiya Prezidenti Peter Pellegrini tərəfindən səfir kimi təsdiqlənib.

media-ads_728_90
Paylaş