SOCAR ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İngiltərənin tanınmış şirkəti “Metatek” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib.
“TV1” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında bildirilir.
Qeyd olunur ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır. Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son “eFTG” texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq.