“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

media-ads_728_90

Həbsdə olan “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov ev dustaqlığına buraxılıb.

“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Y. Belousov barəsində 3 ay ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bununla bağlı bu gün Xətai rayon məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousovhəbs edilmişdi.

media-ads_728_90
Paylaş