Su problemi çox təhlükəli hal ala bilər - NAZİR

media-ads_728_90

“Növbəti illərdə su problemi çox təhlükəli hal ala bilər”.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY  Azərbaycan 2025″in bağlanış mərasimində deyib.

O bildirib ki, növbəti illərdə təhsil sistemində suya qənaət, düzgün yığılması, paylanması, kənd təsərrüfatında istifadəsi kimi mövzular tədris olunmalıdır:

“Təhsil sistemi ilə iqlim dəyişikliyi mövzusu bir-biri ilə sıx əlaqəlidir. Buna görə də sözügedən mövzular mütləq tədris olunmalıdır. Gözəl gələcək üçün gənclər mütləq iqlim dəyişmələri mövzusunda maariflənməlidir”.

media-ads_728_90
Paylaş