Süd vəzi xərçəngi xəstələrinin sayı açıqlanıb

media-ads_728_90

Hazırda Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu ilə 18 min 639 nəfər qeydiyyatdadır.

“TV1” xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu qoyulmuş 8 min 82 nəfər beş il və daha çox yaşayan insanlardır.

“Ötən il 2 876 nəfərin ilkin diaqnozda süd vəzisinin xərçəngi olduğu qeydə alınıb. Bunlardan 610-u profilaktik baxış zamanı aşkarlanıb. 2024-cü ildə 1309 nəfərdə birinci və ikinci mərhələdə, 878-də üçüncü mərhələdə, 487 nəfərdə isə dördüncü mərhələdə süd vəzi xərçəngi aşkarlanıb”, – baş həkim vurğulayıb.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.

media-ads_728_90
Paylaş