Sudanda məscidə PUA zərbəsi endirilib - 78 nəfər ölüb

media-ads_728_90

Sudanın Əl-Faşir şəhərində məscidə pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 78-ə çatıb.

“TV1” xəbər verir ki, hadisədə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri günahlandırılır, lakin qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Çevik Dəstək Qüvvələri və Sudan ordusu artıq iki ildən çoxdur vətəndaş müharibəsi aparır.

Mənbələr 78 nəfərin öldüyünü və təxminən 20 nəfərin yaralandığını bildirib. Qeyd edilib ki, dağıntılar altından meyitlərin çıxarılması prosesi davam edir.

Zərbə sakinlər məscidə cümə namazına toplaşarkən düşüb. Hücum zamanı Əl-Faşir yaxınlığındakı köçkünlər düşərgəsindəki məscid hədəf alınıb.

media-ads_728_90
Paylaş